Zamiqin komandası məğlub oldu
Futbolpress.azŞahin Cəfərov


Albaniya Superliqasında XII turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə “Skenderbeu”nun qonağı olub. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qol 2-ci dəqiqədə Georgios Laqonidis tərəfindən vurulub.
Start heyətində meydana çıxan Zamiq Əliyev qarşılaşmanı əvəzlənmədən başa vurub.
Qeydə alınan nəticə:
Albaniya Superliqası
XII tur
“Skenderbeu” – “Eqnatiya” 1:0
Qol: Georgios Laqonidis, 2