“Şamaxı” “Turan Tovuz”a, “Şəfa” “Qəbələ”yə qarşı


Misli Premyer Liqasında 12-ci tur davam edir.
QOL.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.
“Şamaxı” öz meydanında “Turan Tovuz”u, “Şəfa” isə Sumqayıtda “Qəbələ”ni qəbul edəcək.
21 noyabr (şənbə)
14:30. “Şamaxı” - “Turan Tovuz” Hakimlər: Emin Əliyev, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov, Nicat İsmayıllı (VAR), Gülnurə Əkbərzadə (AVAR) Şamaxı şəhər stadionu
17:00. “Şəfa” - “Qəbələ” Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Orxan İbişov, Kamal Umudlu, İnqilab Məmmədov (VAR), Cəmil Quliyev (AVAR) “SOCAR Polymer Arena”
22 noyabr (bazar)
14:30. “Araz-Naxçıvan” - “Neftçi”
17:00. “Kəpəz” - “Qarabağ”
20 noyabr (cümə)
“Sumqayıt” - “Sabah” - 1:5
“İmişli” - “Zirə” - 2:2
Bombardirlər:
Breno Almeyda ("Neftçi") - 9 qol
Coy-Lens Mikels ("Sabah") - 7 qol
Ağadadaş Salyanski ("Araz-Naxçıvan") - 5 qol
Davit Volkov (“Zirə”) - 5 qol
