Dünya çempionatı: 5 cüdoçumuz mübarizəyə qoşulur - YENİLƏNİR


Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə gənclər arasında dünya çempionatında fərdi yarışlara bu gün yekun vurulacaq.
Sportify.az xəbər verir ki, fərdi yarışların son günündə 5 cüdoçumuz mübarizə aparacaq.
-90 kq çəkidə 1/16 finalda Süleyman Şükürov Nikolas Zadvinski (ABŞ) – İnomjon Baxodirov (Özbəkistan) cütünün qalibi ilə qarşılaşacaq.
Eyni çəki dərəcəsinin 1/32 finalında Aslan Kotsoyev Dilşod Naşirovla (Özbəkistan) mübarizə aparacaq.
-100 kq çəki dərəcəsində 1/16 finalda Davud Namazlı Fadil Məhəmməd İsmaqombetovla (Qırğızıstan) üz-üzə gələcək.
Həmin çəki dərəcəsinin 1/32 finalında Canpolad Əliyev İvan Harmaşla (Ukrayna) münasibətlərə aydınlıq gətirəcək.
+100 kq çəkidə 1/16 final mərhələsində Ramazan Əhmədov Temuulen Munxçuluun (Monqolustan) ilə tatamiyə çıxacaq.
Qeyd edək ki, yarışın ilk günündə 66 kq çəki dərəcəsində çıxış edən Azərbaycan cüdoçusu Məhəmməd Musayev bürünc medal qazanıb.
