Yük maşınının gizli bölməsində 55 qanunsuz miqrant aşkarlandı


Ana səhifə
Dünya
19 noyabr 2026, 11:43
Türkiyənin Diyarbəkir şəhərində yük maşınının qoşqusunda gizlədilən 55 qeyri-qanuni miqrant aşkarlanıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, polis əməkdaşları şübhəli yük maşınını Diyarbəkir-Mardin avtomobil yolundakı jandarma postunda saxlayaraq yoxlayıblar.
Texniki avadanlıqlar vasitəsilə aparılan yoxlama zamanı qoşqunun döşəməsində metal profillərdən hazırlanmış gizli bölmə aşkar edilib. Miqrantların həmin bölmədə gizlədildiyi müəyyən olunub.
Aşkar edilən miqrantların ölkələrinə qaytarılması proseduruna başlanılıb. Miqrant qaçaqmalçılığında şübhəli bilinən bir nəfər isə saxlanılıb.
Şəbnəm Mehdizadə
Dərc vaxtına görə
