TIR-ın gizli bölməsində 55 qanunsuz miqrant aşkarlanıb


Hadisə
0 0
Bugün 11:06
Türkiyənin Diyarbəkir şəhərində polis tərəfindən saxlanılan TIR-ın qoşqusundakı gizli bölmədə Əfqanıstan vətəndaşı olan 55 qanunsuz miqrant aşkarlanıb.
Hadisə ilə bağlı miqrant qaçaqmalçılığı ilə məşğul olduğu müəyyən edilən bir nəfər saxlanılıb.
Miqrantların müvafiq prosedurlar başa çatdıqdan sonra deportasiya edilmələri üçün İl Miqrasiya İdarəsinə təhvil veriləcəyi bildirilib.
Dərc vaxtına görə
Teleqraf.az+1 mənbə