Yeni rekord: "Kəpəz" - "Qarabağ" matçına bütün biletlər satıldı
Sportify.azHaşim Məmmədov


Noyabrın 22-də Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək “Kəpəz” – “Qarabağ” oyununa bütün biletlər satılıb.
Sportify.az xəbər verir ki, bu, 15363 yerlik Gəncə şəhər stadionunda tamaşaçı sayına görə mövsümün rekordunun qeydə alınacağını qabaqcadan söyləməyə əsas verir.
Hazırda nə onlayn platformada, nə də fiziki kassada bilet qalıb.
Bununla əlaqədar olaraq, Gəncə şəhər stadionunun kassaları qarşıdakı günlərdə bağlı olacaq.
Xatırladaq ki, “Kəpəz” – “Qarabağ” görüşü bazar günü saat 17:00-da başlanacaq.
