Namik Bəkirov futbolçulara sərt üzünü göstər

I Liqada 8-ci tur başa çatıb.
1Sport.az xəbər verir ki, 5 qarşılaşmada hakimlər ümumilikdə 23 dəfə əllərini ciblərinə atıblar.
Turun ən centilmen oyunları “Mingəçevir” – “Baku Sportinq” və “Xankəndi” – “Karvan-Yevlax” matçları olub. Hakimlər Ceyhun Hüseynov və Kamranbəy Rəhimov bu görüşlərdə cəmi 3 vərəqə göstəriblər.
Turun ən aqressiv qarşılaşması isə MOİK – “Səbail” oyunu olub. Referi Namiq Bəkirov matç ərzində 7 vərəqə qeydə alıb.
I Liqa 8-ci turun oyunları üzrə vərəqə statistikaları:
MOİK – "Səbail" – 7 (3s ; 3s, 1q)
"Mingəçevir" – "Baku Sportinq" – 3 (2s ; 1s)
"Xankəndi" – "Karvan-Yevlax" – 3 (1s ; 2s)
"Şahdağ Qusar" – "Gəncəbasar" – 4 (3s ; 1s)
"Şimal" – "Zaqatala" – 6 (2s ; 3s, 1q)
