Yenə huşunu itirdi: Avqustdan bəri 3-cü dəfə


“Bavariya”nın futbolçusu Camal Musiala yenidən huşunu itirib.
Publika.az xəbər verir ki, “Bild”in məlumatına görə, hadisə Münhen klubunun məşqi zamanı baş verib.
Bu, alman futbolçu üçün 2026-cı ilin avqustundan bəri baş verən üçüncü belə hadisədir. Əvvəlki iki halda futbolçu oyun zamanı huşunu itirib. Tibbi heyət ona tibbi yardım göstərib, daha sonra yarımmüdafiəçi əvəzlənib. 23 yaşlı yarımmüdafiəçiyə sağalmaz nevroloji xəstəlik diaqnozu qoyulub.
Daha əvvəl bildirilmişdi ki, “Bavariya” Musialanın əvvəlki səviyyəsinə qayıdacağından əmin deyil və klubun yarımmüdafiəçini satmağa hazır olduğu barədə məlumatlar ortaya çıxıb.
Musiala 2021-ci ildən “Bavariya”da oynayır. Münhen klubu ilə futbolçu altı dəfə Almaniya çempionluğunu qazanıb.
