PSJ-nin futbolçusu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq


Fransanın PSJ klubu gənc cinah oyunçusu Dezire Duenin çarpaz bağlarının yırtılması səbəbindən əməliyyat olunacağını açıqlayıb.
Bizim.Media xəbər verir ki, klubun yaydığı məlumatda “Nitsa” üzərində 3:2 hesablı qələbə ilə başa çatan çempionat matçında zədələnən futbolçunun sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlandığı bildirilib.
Fransalı futbolçunun noyabrın sonunadək əməliyyat olunacağı qeyd edilib. 21 yaşlı oyunçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, Due cari mövsümdə PSJ-nin heyətində 15 oyunda meydana çıxıb və 6 qol vurub.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
