Yanvar-sentyabr aylarında elektron satınalmanın məbləği 3 milyard manatı ötüb


2026-cı ilin yanvar-sentyabr ayları ərzində keçirilmiş 6372 elektron satınalmanın ümumi məbləği 3,2 milyard manat təşkil edib.
Xeberler.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən məlumat verir ki, bəhs edilən dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 olub.
Elektron satınalmalarda ən aşağı qiymət təklifinin payı 3 faiz bəndi artaraq 71,9 faiz təşkil edib.
Satınalma proseslərində iştirakçı sayının artması təchizatçılar arasında rəqabətin güclənməsinə, daha əlverişli təkliflərin formalaşmasına və dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılmasına şərait yaradır.
Dərc vaxtına görə
Xəbərlər.azoxuduğunuz
Yanvar-sentyabr aylarında elektron satınalmanın məbləği 3 milyard manatı ötüb
