Səudiyyə Ərəbistanının 900 milyard dollarlıq suveren fondunun yerləşdiyi göydələn raket hücumuna məruz qalıb
İnfoaz.mediainfoaz


19.11.2026 - 20:30
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Yəməndəki husilərin raket hücumu nəticəsində 900 milyard dollarlıq suveren sərvət fondunun yerləşdiyi göydələnə ziyan dəyib.
İNFOAZ.MEDİA xəbər verir ki, “The New York Times”ın məlumatına görə, 80 mərtəbəli İctimai İnvestisiya Fondunun (PIF) binasının beş mərtəbəsində yanıq izləri və sınmış pəncərələr qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir. Hücumun husilər tərəfindən həyata keçirildiyi ehtimal olunur.
Jalə