Fransanın EDF şirkəti Britaniyada 1,3 milyon enerji müştərisi əldə edəcək


Fransanın enerji şirkəti EDF Böyük Britaniyada fəaliyyətini genişləndirmək üçün Utilita Energy şirkətinin sahibi olan Luxion Group-u satın almağa razılaşıb.
Plat.az Reuters agentliyinə istinadən xəbər verir ki, sövdələşmə nəticəsində EDF-in Britaniya bazarına təxminən 1,3 milyon əlavə müştəri hesabı daxil olacaq. Şirkətin açıqlamasına görə, birləşmiş biznes ümumilikdə altı milyondan çox məişət enerji hesabına xidmət göstərəcək. Razılaşmanın maliyyə dəyəri açıqlanmayıb.
Əməliyyatın tənzimləyici qurumların razılığı alınacağı təqdirdə 2027-ci ilin əvvəlində tamamlanması gözlənilir. Həmin vaxta qədər hər iki şirkət müstəqil fəaliyyətini davam etdirəcək. EDF inteqrasiya prosesinin mərhələli aparılacağını və bunun müştərilərə, eləcə də əməkdaşlara mümkün təsirlərin azaldılmasına xidmət edəcəyini bildirib.
1 mənbə