BVF-dən xəbərdarlıq: dünya dövlətlərinin borcu ÜDM-in 100 faizinə çatır


Dünya üzrə dövlət borclarının artması beynəlxalq maliyyə sistemi üçün əsas risklərdən birinə çevrilir. Borclanmanın sürətlənməsi hökumətlərin gələcəkdə maliyyə öhdəliklərini yerinə yetirməsini çətinləşdirə bilər.
Plat.az-ın Reuters-ə istinadən xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva qlobal dövlət borcunun dünya üzrə ümumi daxili məhsulun 100 faizinə yaxınlaşacağı barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, bu səviyyə İkinci Dünya müharibəsindən sonra qeydə alınan ən yüksək göstərici olacaq. Georgiyeva noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində çıxışı zamanı hökumətləri maliyyə dayanıqlığını gücləndirməyə çağırıb. Borc yükünün artmasına dövlət xərcləri, iqtisadi şoklar, enerji böhranı və faiz dərəcələrinin yüksəlməsi təsir göstərir. Yüksək faizlər dövlətlərin borclara xidmət xərclərini artıraraq təhsil, səhiyyə və infrastruktur kimi sahələrə ayrılan vəsaitləri məhdudlaşdıra bilər. BVF rəhbəri ölkələrin büdcə siyasətində daha ehtiyatlı davranmasının və orta müddətli maliyyə planlarının hazırlanmasının vacibliyini vurğulayıb.