Yanvar-oktyabr aylarında 1,883 milyard manat müavinət və təqaüd ödənilib


Bu ilin yanvar-oktyabr aylarında 1,155 milyon şəxsə 1,883 milyard manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib. Onlardan:
· 526 min nəfərə müavinət olaraq 1,057 milyard manat,
· 408 min nəfərə Prezident təqaüdü olaraq 677 milyon manat,
· 221 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 149 milyon manat ödəniş həyata keçirilib.
Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən həm müavinətlər, həm də təqaüdlər üzrə 10 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 3 faiz çox olub.
Bu ilin 10 ayında daha 123 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 1 milyon müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
1 mənbə
