Dollarda bahalaşma davam edir


ABŞ dollarının aparıcı valyutalara qarşı ortaq dəyərini ifadə edən Dollar İndeksi son iki ay yarımda nəzərəçarpacaq dərəcədə yüksəlib.
Sfera.az xəbər verir ki, 2026-cı ilin sentyabrın 9-da 98,3 olan indeks hazırda 103,8-dir.
Ötən müddətdə Dollar İndeksi 5,5 faiz yüksəlib.
İndeksin yüksəlməsini avro/dollar məzənnəsində görmək olur. Sentyabrın əvvəlində bir avro 1,16 dollar olduğu halda hazırda 1,1 dollar həddinə enib.
Dolların bahalaşmasının əsas səbəbi ABŞ-də inflyasiyanın gözləniləndən yüksək çıxması və Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini daha da artıracağı gözləntiləridir.
Dolların məzənnə dəyərinin yüksəlməsinə paralel olaraq beynəlxalq birjalarda qızılın, gümüşün, neftin və dəyəri ABŞ valyutası ilə müəyyənləşən digər əmtəələrdə ucuzlaşma müşahidə edilir.
Ekspert qiymətləndirməsinə görə, ABŞ-də yüksək inflyasiya aşağı enmədikcə dolların baha olması davam edəcək.
Vasif
Sfera.az
1 mənbə