“LC Waikiki”nin Azərbaycandakı nümayəndəsi nizamnamə kapitalını 45% azaldıb
Banker.azNurane


“Best Brands Group MA” MMC nizamnamə kapitalının 120 080 manatdan 66 044 manata azaldıldığını elan edib.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 54 036 manat azalıb.
“Best Brands Group MA” MMC geyim pərakəndəçiliyi ilə məşğuldur və Türkiyənin “LC Waikiki” brendinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Şirkət 2015-ci ildən ölkə ərazisində fəaliyyət göstərir.
1 mənbə