Xocalı canilərinin tərəfdarları olan deputatlar Nəsimi Musayevlə görüşmək istəyir...


Xocalı canilərinin tərəfdarları olan deputatlar Nəsimi Musayevlə görüşmək istəyir... - MƏQSƏD?..
Ermənistan parlamentindəki rusiyapərəst, revanşist müxalif deputatlar Şəki kəndində saxlanılan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayevlə görüşmək üçün Penitensiar Xidmətin rəhbərliyinə müraciət ediblər.
Moderator.az xəbər verir ki, bu haqda Ermənistanın “Johovurd” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, deputatlar indiyədək müraciətlərinə konkret cavab ala bilməyiblər, görüşün təşkili isə müxtəlif səbəblərlə yubadılır.
Nəşrin mənbələrinin iddiasına görə, deputatlara hələ də istintaq hərəkətlərinin aparıldığı, vaxtın münasib olmadığı və hazırda görüş təşkil etməyin mümkün olmadığı bildirilir.
Məlumata görə, Nəsimi Musayev İrəvandakı “Kentro” Penitensiar Müəssisəsində saxlanılır.
Müxalif deputatların məqsədinin yalnız azərbaycanlı hərbçinin saxlanma şəraitini öyrənmək olmadığı bildirilir. Onlar onunla şəxsən söhbət edərək Ermənistan ərazisinə hansı şəraitdə daxil olduğunu, məqsədinin nə olduğunu və Şəki kəndində baş verənlərin təfərrüatlarını aydınlaşdırmaq istəyirlər.
Şəki hadisəsi: Nəsimi Musayev necə saxlanılıb?..
Moderator.az xatırladır ki, 2026-cı il oktyabrın 1-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin Ermənistanın Sünik vilayətinin(Zəngəzur) Sisian icmasına daxil olan Şəki kəndində saxlanıldığı məlum olub.
Ermənistan tərəfinin rəsmi məlumatına görə, Musayev sentyabrın 26-da İsxanasar kəndi istiqamətindən dövlət sərhədini keçib və oktyabrın 1-də Şəki kəndindəki yaşayış evlərindən birinə daxil olub.
Ermənistan tərəfi iddia edir ki, evdə uşaqlarla qarşılaşan hərbçi silahdan atəş açıb. Hadisə nəticəsində ev sahibi Ani Avetisyan yaralanıb, ailənin azyaşlı övladlarından birinin isə biləyi sınıb.
Ermənistanın məlumatına görə, Musayev hadisə yerindən qaçdıqdan sonra həmin kənddə başqa bir ünvanda aşkarlanaraq saxlanılıb.
Azərbaycan tərəfinin rəsmi mövqeyi...
Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti oktyabrın 1-də Nəsimi Musayevin Ermənistanda saxlanılması ilə bağlı açıqlama yayıb.
Qurumun məlumatına görə, Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrindən birində xidmət edən Nəsimi Rasim oğlu Musayevin 2026-cı il sentyabrın 26-da xidmət yerində olmadığı müəyyən edilib. Bundan sonra onun axtarışına başlanılıb, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin aidiyyəti qüvvələri tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Hərbi Prokurorluqda aparılan araşdırma nəticəsində Musayevin hərbi hissəni özbaşına tərk etməsinə dair əsaslı şübhələr müəyyən edilib və toplanmış materiallar əsasında cinayət işi başlanılıb.
Baş Prokurorluq həmçinin bildirib ki, aparılan tədbirlər nəticəsində hərbçinin Ermənistanda olduğu və həmin ölkənin müvafiq orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.
Rəsmi açıqlamada qeyd olunub ki, Azərbaycanın aidiyyəti dövlət qurumları Musayevin Ermənistanda olmasının və saxlanılmasının səbəblərini, eləcə də hadisənin digər hallarını aydınlaşdırmaq üçün qarşı tərəfin müvafiq qurumları ilə əlaqə saxlayırlar.
Qurum araşdırmanın gedişi və nəticələri barədə qanunvericiliyin tələblərinə uyğun olaraq ictimaiyyətə əlavə məlumat veriləcəyini də bildirib.
Beləliklə, Azərbaycanın rəsmi mövqeyində hərbçinin xidmət yerini özbaşına tərk etməsinə dair əsaslı şübhələrin olduğu və bununla bağlı ölkəmizdə cinayət işi başlandığı təsdiqlənib. Bununla yanaşı, Baş Prokurorluğun açıqlamasında Ermənistan tərəfinin Şəki kəndindəki silahlı insidentlə bağlı ittihamlarına ayrıca hüquqi qiymət verilməyib.
Beynəlxalq Qızıl Xaç Komitəsi də Musayevlə görüşmək istəyib...
Nəsimi Musayevin saxlanma şəraiti və onunla əlaqə imkanları ilə bağlı daha əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin də təşəbbüsü olub. Oktyabrın 14-də Ermənistandakı nümayəndəliyinin kommunikasiya rəhbəri Zara Amatuni bildirib ki, təşkilat azərbaycanlı hərbçi ilə görüşün təşkili üçün Ermənistanın aidiyyəti qurumlarının razılığını gözləyir. Amatuni qeyd edib ki, müvafiq razılıq alındıqdan sonra Musayevlə görüş keçirilə bilər.
İstintaq başa çatıb, iş məhkəməyə göndərilib...
Ermənistan İstintaq Komitəsi noyabrın 13-də Nəsimi Musayevlə bağlı ibtidai istintaqın başa çatdığını və cinayət işinin ittiham aktı ilə birlikdə prokurora göndərildiyini açıqlayıb. Noyabrın 16-da isə cinayət işinin Gorus Ümumi Yurisdiksiya Məhkəməsinə göndərildiyi məlum olub. İş hakim Hraç Dajuntsun icraatına verilib.
Ermənistanın məhkəmə informasiya sistemində dərc olunan ittiham aktına əsasən, Musayev dövlət sərhədini qanunsuz keçmək, silah və döyüş sursatlarının qanunsuz dövriyyəsi, yaşayış evinə qanunsuz daxil olmaq, əmlakın talanması, yetkinlik yaşına çatmayan şəxslərin azadlıqdan məhrum edilməsi və silah tətbiq etməklə Ani Avetisyanın sağlamlığına ağır zərər vurmaqda ittiham olunur. Bütün bu ittihamlar Ermənistan tərəfinin irəli sürdüyü iddialardır və məhkəmənin yekun hökmü ilə təsdiqlənməyib....
Azərbaycan vətəndaşının saxlanma şəraiti və hüquqlarına əməl olunmasının necə təmin edilməsi barədəki əsas suallar da hələlik açıq qalır...
şının saxlanma şəraiti və hüquqlarına əməl olunması necə təmin edilir?
Onu da vurğulayaq ki, Nəsimi Musayevlə görüşmək istəyən müxalif deputatlar arasında həm Putinin milyarder "desant"ı Samvel Kaparetyan, həm də Xocalı caniləri, terrprçu eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın tərəfdarı olanlar da ola bilər...
Dərc vaxtına görə
