XİN: Forissyenin normallaşma ilə bağlı

2 dəq oxu
Xəbər
19-11-2026 08:50
XƏBƏR
A+ Yazını böyüt
A- Yazını kiçilt
“Fransanın Avropa və Xarici İşlər Nazirliyinin və xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli nazir Nikola Forissyenin Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı son iddiaları tamamilə qəbuledilməzdir.
Fransanın nümayiş etdirdiyi selektiv yanaşma, birtərəfli qiymətləndirmələri və siyasi motivli narrativlərə əsaslanmaqda davam etməsi regionda sülh gündəliyinin irəliləməsinə xidmət etmir”.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin məsələ ilə bağlı şərhində deyilir.
Bildirilir ki, 2023-cü ilin sentyabr ayında Azərbaycanın həyata keçirdiyi anti-terror tədbirləri Ermənistan silahlı qüvvələrinin və onlara bağlı strukturların Azərbaycan Respublikasının suveren ərazilərində qanunsuz hərbi mövcudluğuna və fəaliyyətinə son qoyulmasına, ölkənin konstitusiya quruluşunun bərpa edilməsinə, suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasına yönəlmiş və BMT Nizamnaməsinin müvafiq müddəaları da daxil olmaqla, beynəlxalq hüquqa uyğun həyata keçirilib.
Bu tədbirləri beynəlxalq hüququn pozulması kimi təqdim etmək cəhdləri, eyni zamanda, onilliklər ərzində davam etmiş işğalı, etnik təmizləməni və yüz minlərlə azərbaycanlının hüquqlarının sistematik şəkildə pozulmasını nəzərə alınmaması qəbuledilməzdir.
XİN rəsmisinin şərhində deyilir:
“Humanitar məsələlərə gəldikdə, Azərbaycan ölkədə məhkəmə araşdırmasına cəlb edilmiş və ya məhkum olunmuş şəxslərin “özbaşına həbs edilmiş” şəxslər kimi təqdim edilməsi cəhdlərini rədd edir.
Məsuliyyətə cəlb edilən şəxslər arasında müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə ittiham olunan və məhkum edilmiş şəxslər vardır.
Onların işlərinə Azərbaycanın milli qanunvericiliyi və müvafiq beynəlxalq öhdəlikləri çərçivəsində baxılıb. Xarici tərəflərin ağır müharibə cinayətlərinə görə məhkum edilmiş şəxslərin azad edilməsini tələb etmək cəhdləri hüququn aliliyi prinsipi ilə uzlaşmır.
Azərbaycan mədəni və dini irsin dağıdılması və ya qəsdən dəyişdirilməsi ilə bağlı iddiaları qətiyyətlə rədd edir. İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin qorunması və bərpası ölkəmizin davamlı prioritetləri sırasındadır.
Eyni zamanda, Ermənistanın onilliklər boyu davam etmiş işğalı zamanı Azərbaycan xalqının mədəni və dini irsinə, o cümlədən məscidlərə, qəbiristanlıqlara və digər tarixi abidələrə qarşı törədilmiş genişmiqyaslı dağıntı və mənimsəmə hallarının diqqətdən kənarda saxlanılmaması vacibdir.
Ermənistandan və Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində öz evlərindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının, o cümlədən təhlükəsiz və ləyaqətli qayıdış hüququnun da eyni səviyyədə diqqətə alınmasının vacibliyini xatırladırıq.
Mənbə
1 mənbə



