“XİLASEDİCİ”NİN KAPİTANI VÜQAR BAYRAMOV


CEV Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Sloveniyanın “ACH Volley Ljubljana” klubu ilə qarşılaşan “Xilasedici”nin kapitanı Vüqar Bayramov görüşlə bağlı təəssüratlarını bizimlə bölüşüb.
CEV Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Sloveniyanın “ACH Volley Ljubljana” klubuna evdə 1:3 hesabı ilə məğlub olduq. Qarşımızda güclü rəqibin olduğunu bilirdik. Sloveniya millisinin aparıcı oyunçularından formalaşan bu komanda ilə qarşılaşmanın çətin keçəcəyini gözləyirdik. Oyunda əlimizdən gələni etdik, sona qədər mübarizə apardıq, lakin uduzduq. Buna baxmayaraq, komandama inanıram. Portuqaliya təmsilçisi ilə də ilk oyunda məğlub olmuşduq, lakin səfərdə əzmkar oyun nümayiş etdirərək qələbə qazanmışdıq. Bu dəfə də səfərdə layiqli mübarizə aparıb azarkeşlərimizi sevindirməyə çalışacağıq.
