Xəzərdə qanunsuz ovlanan 36 nərə balığı aşkarlanıb – 5 nəfər saxlanılıb


Ana SəhifəSOSİUMXəzərdə qanunsuz ovlanan 36 nərə balığı aşkarlanıb – 5 nəfər saxlanılıb
SOSİUM20.11.2026 14:45
31
Fins.az – Xəzər dənizində qanunsuz balıq ovuna qarşı keçirilən birgə tədbirlər zamanı ovlanması qadağan edilən balıq növləri aşkarlanıb, 5 nəfər saxlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi, DİN-in Su Nəqliyyatında Polis İdarəsi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə noyabrın 19-da Xaçmaz və Siyəzən rayonları istiqamətində nəzarət tədbirləri keçirilib.
Xaçmaz rayonunun Şimali kəndi istiqamətində qanunsuz balıq ovlayan Pərviz Xankişiyev və Həsən İsayev saxlanılıb. AŞA-8327 bort nömrəli mühərrikli taxta qayıqdan 7 bölgə (Huso huso), 2 uzunburun (Acipenser stellatus) və 20 rus nərəsi (Acipenser gueldenstaedtii) aşkarlanaraq maddi sübut kimi götürülüb.
Eyni tarixdə Siyəzən rayonunun Böyük Həmyə kəndi istiqamətində keçirilən tədbir zamanı Xəyal İbrahimov, Mahir Əkbərov və Şəhriyar Səmədov da saxlanılıb.
BH-3006 nömrəli taxta qayığa baxış zamanı Şəhriyar Səmədov tərəfindən ovlanmış 6 rus nərəsi, BH-3014 nömrəli taxta qayığa baxış zamanı isə Xəyal İbrahimov və Mahir Əkbərov tərəfindən ovlanmış 1 rus nərəsi aşkarlanıb.
Saxlanılan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Bildirilib ki, qanunsuz balıq ovu Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələri ilə məsuliyyət yaradır. Bu cür hallara yol verən şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək.
MüəllifHəmayil
Yüklənir...
