Türkiyənin xarici borcu rekord səviyyəyə çatıb


BAKI, 20 noyabr. TELEQRAF
2026-cı ilin üçüncü rübündə Türkiyənin xarici borcu rekord səviyyəyə çatıb.
Teleqraf xəbər verir ki, qonşu ölkənin ümumi xarici borcuəvvəlki rüblə müqayisədə 1,4 faiz artaraq 549,2 milyard dollara çatıb.
Eyni dövrdə qısamüddətli xarici borc 1,5 faiz artaraq 173,1 milyard dollara, uzunmüddətli xarici borc isə 1,4 faiz artaraq 376,1 milyard dollar təşkil edib.
Əvvəlki rüblə müqayisədə dövlət sektorunun borcu 1,2 faiz artaraq 203,8 milyard dollara, özəl sektorun borcu 1,7 faiz artaraq 322,2 milyard dollara, Türkiyə Respublikası Mərkəzi Bankının (TRMB) xarici öhdəlikləri isə 0,5 faiz artaraq 23,2 milyard dollara çatdı.