Bakının bu ərazisində sürüşmə genişlənir – İcra Hakimiyyətindən əhaliyə müraciət


Son günlər yağan intensiv yağışlar nəticəsində sözügedən ünvanda sürüşmə prosesi yenidən aktivləşmiş, ərazidə ciddi deformasiyalar və dağıntılar yaranıb.
Banker.az xəbər verir ki, bu barədə Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd edilib ki, prosesin daha geniş sahəni əhatə etməsi ehtimalı ərazidəki yaşayış evləri, digər tikililər və sakinlərin təhlükəsizliyi üçün risk yaradır.
“Yaranmış vəziyyətlə əlaqədar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb. Eyni zamanda, sakinlərə mövcud təhlükə barədə ətraflı məlumat verilib və təhlükəsizlik məqsədilə ərazini müvəqqəti tərk etmələri tövsiyə olunub”, – məlumatda bildirilib.
Xatırladaq ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar–20-ci sahədə sürüşmə hadisəsi baş vermişdi. Həmçinin ərazidə olan insanların təhlükəsiz yerə təxliyə edilməsi və yaxınlıqda yerləşən obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə rəsmi müraciət edilib.
1 mənbə
Olke.az+1 mənbə