Evlənənlərin sayı azaldı, boşanmalar eyni qaldı


Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 9 ayı ərzində 31 085 nikaha daxilolma və 15030 boşanma halları qeydə alınıb.
Bu barədə Ölkə.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,7-dən 4,0-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,0) qalıb.
Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (5,1), Qarabağ (4,7), Dağlıq Şirvan (4,5), Quba-Xaçmaz (4,3), Bakı və QazaxTovuz (4,2), Naxçıvan və Mərkəzi Aran (4,1) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,0) yüksək olub.
2026-cı ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3130 nəfər gələn, Azərbaycandan isə 1780 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 1350 nəfər təşkil eib.
Könül Vəliyeva

Lent.az+1 mənbə