“Xəzər Xəbər”dən gedən məşhur aparıcıya VƏZİFƏ VERİLDİ


Maqazin
18 Noyabr 2026, 14:55
1960 baxış
İki gün öncə çalışdığı telekanalla yollarını ayıran “Xəzər Xəbər”in tanınmış aparıcısı Günel Qədimovanın yeni iş yeri bəlli olub.
Yenicag.az xəbər verir ki, aparıcı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində fəaliyyətini davam etdirəcək.
O, bununla bağlı paylaşımında bildirib:
“Yeni bir başlanğıc, yeni hədəflər və yeni məsuliyyətlər… Artıq peşəkar fəaliyyətimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Rəqəmsal kommunikasiya şöbəsinin müdiri vəzifəsində davam etdirirəm. Yeni yolumuz uğurlu olsun!”
Cəvahir
Dərc vaxtına görə