Ofeliya Sənaninin son durumu açıqlandı


Bir müddət öncə ayağına implant qoyulan məşhur diktor, Xalq artisti Ofeliya Sənaninin səhhətindəki problemlər hələ də aradan qalxmayıb. Son əməliyyatdan sonra onun ürəyi zəifləyib.
Globalinfo.az bildirir ki, bu barədə Yenicag.az-a sənətkarın ailəsindən açıqlama verilib:
“Ofeliya xanım yataq rejimindədir. Ayağına implant qoyulandan sonra hələ özünə gələ bilməyib. Çünki orqanizmi və ürəyi çox zəifdir. Hərəkətsizdir, yeriməkdə çətinlik çəkir. Danışmağa belə gücü yoxdur. Həkim nəzarətindədir və ev şəraitində müalicəsi davam edir”.
Xalq artisti 2026-cı ilin oktyabrında yıxılaraq bud sümüyündən xəsarət alıb və əməliyyat olunub. Hazırda o, müalicəsini evdə davam etdirir.
Dərc vaxtına görə
Globalinfo.azoxuduğunuz
Ofeliya Sənaninin son durumu açıqlandı
Lent.az+1 mənbə