Nigar Şabanovanın paylaşımı müzakirələrə səbəb oldu: “Qadının ən böyük düşməni elə qadındır”


Əməkdar artist Nigar Şabanovanın sosial şəbəkədəki paylaşımı diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, müğənni qadınlar arasında dostluq münasibətləri ilə bağlı fikirlərini bölüşərək izləyicilərinə xəbərdarlıq edib.
Sənətçi bildirib ki, hər zaman xoş münasibət göstərən insanlara dərhal etibar etmək doğru deyil. O, qadınları yaxın rəfiqələrinin davranışlarına qarşı diqqətli olmağa çağırıb.
Nigar Şabanova paylaşımında bu fikirləri ifadə edib:
“Qızlar, hər üzünüzə gülüb can yandırırmış kimi özünü göstərən qızları dost sanmayın. Mütləq qarşılığında özünə nə xeyirdirsə, onun üçün edir. Qadının ən böyük düşməni elə qadındır. Kişi dostundan ziyan gəlməz. Başınıza nə gəlirsə, çox vaxt elə ən yaxın rəfiqənizdən bilin”.
Əməkdar artist paylaşımına əlavə olaraq, “Mənim quyumu qazan, gözəl özün düşdün o quyuya, illərimi zəhər edən” sözlərini də yazıb.
Müğənninin bu fikirləri kimə ünvanladığı və paylaşımın arxasında hansı hadisənin dayandığı isə məlum deyil.
