Xəzər rayonunun Binə qəsəbəsində aparılan tikinti işləri narazılıq doğurub


3 mənbə əsasında
Bakının Xəzər rayonu Binə qəsəbəsinin Əli İsazadə küçəsində yeni iri obyektin tikintisi həyata keçirilir. Yayılan məlumatlara görə, qəsəbədə aparılan bu tikinti işləri üçün lazımi rəsmi icazə sənədləri mövcud deyil. İddia olunur ki, sözügedən obyekt Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun yaxınları tərəfindən tikdirilir. Məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumlarına ünvanlanan müraciətlərə hələlik heç bir cavab verilməyib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...
Azərbaycanda qanunvericilikdəki boşluqlardan istifadə edilərək illərdir davam edən qanunsuz tikintilər, xüsusilə Bakının bir sıra rayonlarında ciddi problemə çevrilib. Belə tikintilər bəzən böyük ərazilərin zəbt edilməsi, bəzən isə iri obyektlərin inşası ilə müşayiət olunur. Bu baxımdan Xəzər rayonu, xüsusilə Binə qəsəbəsi diqqət çəkir. Qəsəbədə fərdi yaşayış evlərindən tutmuş iri kommersiya obyektlərinə qədər müxtəlif tikililərin inşası davam edir. Nəticədə ərazidə infrastruktur problemləri də getdikcə dərinləşir. Binənin bir çox hissəsinin yağışlı havalarda bataqlığa çevrilməsi vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Bizimesr.info-ya daxil olan məlumata görə, Binə qəsəbəsinin tanınmış Əli İsazadə küçəsində daha bir böyük obyektin tikintisi aparılır. İddialara əsasən, obyektin Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun yaxınları tərəfindən inşa etdirildiyi qeyd olunur. Məlumatda, həmçinin obyektin tikintisi üçün zəruri rəsmi icazə sənədlərinin olmadığı iddia edilir. Buna baxmayaraq, tikinti işlərinin sürətlə davam etdiyi bildirilir. Məsələ ilə bağlı aidiyyəti qurumlara ünvanlanan müraciətlərin cavabsız qalması da narahatlıq doğurur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, eləcə də Xəzər Rayon İcra Hakimiyyətinin bu tikinti ilə bağlı hansı tədbirləri gördüyü məlum deyil.
Tam oxu Realnews.az saytındaDərc vaxtına görə
Realnews.azoxuduğunuz
Xəzər rayonunda narazılıq yaradan TİKİNTİ - Yoldaş Salahovun ÇƏTİRİ ALTINDA...