Yenidən Avropa İttifaqına qoşula bilər - Müzakirə olunacaq


Böyük Britaniyanın yenidən Avropa İttifaqına (Aİ) qoşulması müzakirə oluna bilər.
Sfera.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend bildirib.
Onun sözlərinə görə, Britaniyanın Baş naziri Endi Börnhemla Avropa liderləri arasında Brüsseldə keçiriləcək qeyri-rəsmi müzakirələrdə Böyük Britaniyanın Aİ-yə yenidən üzv olması məsələsi də gündəmə gələ bilər.
Milibend bildirib ki, bu proses çərçivəsində “bütün variantlar” nəzərdən keçiriləcək.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri ötən gün Aİ ilə ticarət və gənclərlə bağlı razılaşmalar əldə edib.
Danışıqlardan sonra ərzaq və içki standartları, emissiyaların ticarəti və gənclərin mobillik proqramı üzrə razılaşmalar elan olunub.
Börnhem bildirib ki, razılaşma Böyük Britaniyanın ümumi daxili məhsulunu (ÜDM) 0,5% artıracaq və ölkə iqtisadiyyatına 17 milyard funt sterlinq əlavə vəsait qazandıracaq.
Xatırladaq ki, Endi Börnhem Aİ–Britaniya sammitindən sonra keçirilən mətbuat konfransında Aİ-yə yenidən üzvlük məsələsinin hazırkı parlamentin müzakirəsinə çıxarılmasının planlaşdırılmadığını bildirib./Teleqraf