Xankəndidəki oyunda topa ilk toxunuşu şəhid övladı edib


Şriftin ölçüsü:
19.11.2026 16:51
Əsaslı yenidənqurmadan sonra Xankəndi şəhər stadionunda ilk rəsmi oyun keçirilir.
Futbolxeber.az saytının məlumatına görə, "Xankəndi" I Liqanın VIII turunda "Karvan-Yevlax"ı qəbul edir.
Matçdan öncə topa ilk toxunuşu 44 günlük Vətən müharibəsində şəhid olan Fikrət Məmmədovun oğlu İbrahim edib.
Onu xüsusi qonaq qismində veteran futbolçular - Samir Ələkbərov, Emin Salmanov və Munis Abdullayev müşayiət ediblər.
Hazırda ilk hissəsi davam edən oyunda hesab açılmayıb - 0:0.
Dərc vaxtına görə
