Xankəndi stadionunda keçirilən oyunda topa ilk toxunuşu şəhid övladı etdi


İdman
19 Noyabr 2026, 18:00
330 baxış
Əsaslı yenidənqurmadan sonra Xankəndi şəhər stadionunda ilk rəsmi oyun keçirilir.
Yenicag.az xəbər verir ki, “Xankəndi” I Liqanın VIII turunda “Karvan-Yevlax”ı qəbul edir.
Matçdan öncə topa ilk toxunuşu 44 günlük Vətən müharibəsində şəhid olan Fikrət Məmmədovun oğlu İbrahim edib.
Onu xüsusi qonaq qismində veteran futbolçular – Samir Ələkbərov, Emin Salmanov və Munis Abdullayev müşayiət ediblər.
Dərc vaxtına görə
