”Çempion olmaq istəyirik”


“Əlbəttə, futbolçular, məşqçilər və rəhbərlik də daxil olmaqla, hamımız komandanın çempion olmasını və MOİK-in Premyer Liqaya yüksəlməsini istəyirik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında MOİK-in müdafiəçisi Şəhriyar Əliyev deyib.
Cari mövsümdən I Liqada ordu klubunun şərəfini qoruyan millinin sabiq üzvü onların qarşısına çempionluq hədəfi qoyulduğunu bildirib. Görəsən, bu məqsədə çatmaq nə dərəcədə realdır?
Əliyevi dinləyək:
”Qarşımıza belə bir məqsəd qoymuşuq və bu nəticəyə nail olmaq üçün hər kəs əlindən gələni edir. Birinci Liqada həqiqətən də yaxşı komandalar çoxdur.
İlk pillə uğrunda ciddi mübarizə gedir. Hazırda üçüncü yerdəyik.
Bəzi oyunlarda xal itirdik və bu da turnir cədvəlində bir qədər geri düşməyimizə səbəb oldu.
Amma qarşıdakı görüşlərdə maksimum xal toplamağa çalışacağıq. İnanıram ki, istəyimizə çata bilərik”.
1 mənbə
