"Monako"nun ulduzu Avropa nəhənglərinin hədəfində
1sport.az1Sport.az

“Monako”nun hücumçusu Folarin Baloqun karyerasını başqa klubda davam etdirmək istəyir.
1Sport.az xəbər verir ki, amerikalı futbolçu qış transfer pəncərəsində komandadan ayrılmağı planlaşdırır. Onunla İngiltərədən “Everton” və “Nyukasl”, İtaliyadan isə “Yuventus” və “Milan” maraqlanır. Bu barədə Ekrem Konur məlumat yayıb.
Qeyd edək ki, 25 yaşlı hücumçunun müqaviləsi 2028-ci ilin yayına qədərdir. O, cari mövsümdə 7 oyunda 1 qol vurub.
