"Ehtiyac yaransa, heyəti gücləndirə bilərik"


"Karvan-Yevlax" 1-ci liqanın 8-ci turunda "Xankəndi"ni məğlub etdi - 2:0."Football-plus.az" xəbər verir ki, yevlaxlıların baş məşqçisi Ramiz Məmmədov oyunsonrası mətbuat konfransında iştirak etdi:
“Bu arenada çıxış etdiyimiz üçün şadıq. Prezidentimizə və ordumuza eşq olsun! Komandam qalib gəlsə də, bu gün hamı üçün bayram idi. Futbolçularımız verilən bütün tapşırıqları yerinə yetirdilər. “Xankəndi”yə mövsümün qalan hissəsində uğurlar arzulayıram... Mövsümə rəqiblərimizlə müqayisədə gec hazırlaşmağa başladıq. Buna baxmayaraq komandamız premyer-liqaya yüksəlmək üçün əlindən gələni edir. Ehtiyac yaransa, heyəti gücləndirə bilərik. Klub rəhbərliyi bizə hər cür dəstək göstərir. Hələlik buna ehtiyac yoxdu”.
