Vircil van Deykin yayda azad agent kimi ayrılması gündəmdədir


Vircil van Deykin "Liverpul" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq və müdafiəçinin yayda azad agent kimi klubdan ayrılması ehtimalı var.
Offsideplus.az xəbər verir ki, "Milan" rəhbərliyi van Deyki heyətinə qatmaqda maraqlıdır. Klubun sahibi Cerri Kardinale müdafiəçini bəyənir və o, eyni zamanda "Liverpul"un da daxil olduğu Fenway Sports Group-un azlıq payına sahibdir.
Van Deyklə "Qalatasaray", "Fənərbaxça" və "Trabzonspor" da maraqlanır. Müdafiəçi müqaviləsinin başa çatması ilə bağlı bunları deyib: "Heç bir panika yoxdur. Mövsümün sonunun nə gətirəcəyini görəcəyik".
