Stefanoviç: “Burada xoşbəxt olmayan gedə bilər”

“İqokea”nın baş məşqçisi Nenad Stefanoviç Neyt Pyer-Lyunun “Zenit”ə transferi ilə bağlı açıqlama verib.
1Sport.az xəbər verir ki, mütəxəssis amerikalı basketbolçunun komandadan ayrılmaq istəyinə anlayışla yanaşdıqlarını bildirib:
“Klubumuzda sadə bir qayda var. Burada xoşbəxt olmayan gedə bilər. Neytə yaxşı təklif gəldi və ayrılmaq istədiyi üçün qərarı ilə razılaşdıq. Onu Avstriyadan ucuz transfer etmişdik. Bir il ərzində yüksək səviyyəyə çatması bizim üçün böyük uğurdur”
Qeyd edək ki, 27 yaşlı müdafiəçi cari mövsümdə Adriatik Liqasında 5 oyuna çıxıb. O, bu matçlarda orta hesabla 10,6 xal toplayıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb.