Viktor Vembanyama San-Antonioda qalmaq istəyir


Fransa millisinin və "San Antonio Spurs"un mərkəz oyunçusu Viktor Vembanyama şəhər və yerli sakinlər barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, gənc ulduz San-Antonioda insanların ona göstərdiyi hörmətdən məmnun olduğunu bildirib. "Ən çox bəyəndiyim cəhət sakinlərin hörmətidir. Bəzən mövqeyimə görə bir az narahatlıq hiss edirəm. Burada mükəmməl bir mühit var. Digər şəhərlərdə bu hissi yaşamıram. Bəzən insanlar israrlı və təkidçi olurlar, amma burada belə hallar olmur. Hər şey əladır. Bu, burada 15-20 il keçirmək üçün ideal yerdir", – deyə Vembanyama vurğulayıb.
