Van Deyk: "Heç bir panika yoxdur, mövsümün sonunu gözləyirəm"


"Liverpul"un kapitanı Vircil van Deyk müqaviləsinin başa çatması ilə bağlı vəziyyətə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı müdafiəçi mövsümün sonunda azad agent ola bilər. Van Deyk bildirib: "Özümü yaxşı hiss edirəm, amma indi söhbət məndən getmir. Gözləyək görək nə baş verəcək. Heç bir panika yoxdur. Oynamağa və sevdiyim işlə məşğul olmağa davam etmək istəyirəm. Mövsümün nə gətirəcəyini görəcəyik. Burada əla vaxt keçirmişəm. Əgər bu davam etsə, deməli belə olmalıdır. Əks halda, başqa bir yerə gedəcəyəm. Hazırda heç bir xəbər yoxdur, amma bu, heç də stress və ya başqa bir narahatlıq olduğu anlamına gəlmir".
