Uzun illər sonra Xankəndidə ilk oyun keçirildi - Foto


Bu gün Azərbaycan 1-ci liqasının 8-ci turuna start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.
Günün ən maraqla gözlənilən qarşılaşması Xankəndidə olub. "Xankəndi" klubu doğma şəhərindəki ilk oyununda "Karvan-Yevlax"ı qəbul edib. Əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xankəndi şəhər stadionunda keçirilən ilk matç Yevlax təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
16:00. “Xankəndi” – “Karvan-Yevlax” - 0:2
Qollar: İ.Əliyev, 67, O.Onyeka, 77
Hakimlər: Kamranbəy Rəhimov, Sənan Atayev, Vüqar Bayramov, Nazim Abdullayev
Xankəndi şəhər stadionu
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
