Müdafiəçisi ilə yolları ayırmaq variantını gözdən keçirir - “Real”


“Real” müdafiəçisi Trent Aleksander-Arnoldla yollarını ayırmaq variantını nəzərdən keçirir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının bir neçə klubu 28 yaşlı futbolçunun xidmətində maraqlıdır və onun Madrid təmsilçisindəki vəziyyətini yaxından izləyir.
Qarşıdakı transfer pəncərələrində Aleksander-Arnoldun gələcəyi ilə bağlı ciddi dəyişikliklər baş verə bilər.
İngiltərəli müdafiəçi “Real”a ötən ilin yayında “Liverpul”dan keçib. Ancaq o, Madrid təmsilçisinin əsas heyətində özünə daimi yer qazana bilməyib.
Aleksander-Arnoldun “Real”la müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir. Onun transfer dəyəri 60 milyon avro qiymətləndirilir.
