Vael Moxya: "Sadəcə futbol oynamaq istəyirəm"


Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunun 17 yaşlı yarımmüdafiəçisi Vael Moxya "Bavariya"nın ona maraq göstərməsi barədə danışıb.
Offsideplus.az xəbər verir ki, gənc futbolçu bu barədə bunları deyib: "Əgər doğrudan da maraq varsa, bu, işimi yaxşı gördüyümün xoş təsdiqidir, amma bundan artıq deyil. Düzünü desəm, sadəcə futbol oynamaq istəyirəm – bu barədə "Borussiya" ilə də razılaşmışıq. İnkişaf etmək və komandanın Bundesliqada qalmasına kömək etmək üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, hər kəs "Borussiya" ilə aramdakı yaxın və emosional əlaqəni bilir".
Mövsüm ərzində Bundesliqada Moxya 9 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
