UniDestin süni intellekti real mentorlarla birləşdirən təhsil platformasını işə salıb


Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, beynəlxalq təhsil platforması UniDestin fəaliyyətə başlayıb. Platforma canlı dərsləri, video kursları, sınaq imtahanlarını və süni intellekt dəstəkli tədrisi bir araya gətirir.
UniDestin akademik təhsil, xarici dillərin öyrənilməsi, peşəkar inkişaf və beynəlxalq imtahanlara hazırlıq istiqamətlərini əhatə edir. Müəllim və mütəxəssislər platformada kurslar, fərdi və qrup dərsləri, video materiallar və sınaq imtahanları hazırlaya bilər. İştirakçılar isə mentor və kurs seçərək dərslərə qoşula, biliklərini yoxlaya bilərlər.
Platformanın AI Mentor sistemi iştirakçılara dərsləri təkrarlamaq, mövzuları anlamaq və məşq sualları ilə biliklərini möhkəmləndirmək üçün dəstək göstərmək məqsədi daşıyır. UniDestin süni intellektin real mentoru əvəz etmədiyini, tədrisi və müstəqil öyrənməni tamamladığını bildirir. Süni intellekt alətləri mentorların dərs planı və tədris materialları hazırlamasına da kömək edə bilər.
Əsas mənbə: APA
1 mənbə