Ukraynaya 11,6 milyard avroluq yardım söz verdi


Almaniyanın müdafiə naziri Boris Pistorius 2027-ci ildə Kiyevə təxminən 11,6 milyard avro ayıracağına söz verib.
Xitab24.az xəbər verir ki, o, bu barədə Brüsseldə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun mətbuat konfransında bildirib.
Nazir bildirib ki, "Gələn il Ukraynaya 11,6 milyard avro dəstək verəcəyik. Biz, Almaniya, məhz bu məbləği ayıracağıq".
Lakin Bundestaq hələlik müvafiq xərcləri təsdiqləməyib. Gələn il üçün federal büdcə layihəsi üzrə son səsvermənin 27 noyabr tarixinə keçirilməsi planlaşdırılır.