Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə mümkün namizədlər


Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ABŞ-dakı səfiri vəzifəsinə mümkün namizədlərin adlarını açıqlayıb.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, namizədlər arasında keçmiş səfir Oksana Markarova, keçmiş baş nazir Yuliya Sviridenko, Sergey Kislıtsa, Dmitri Kuleba, Pavel Klimkin və hazırkı xarici işlər naziri Andrey Sibiqa var.
Zelenski bildirib ki, hazırda diplomatik təyinatlarla bağlı Sibiqanın yekun məruzəsini gözləyir.
Onun sözlərinə görə, ABŞ-la yanaşı, digər əsas ölkələrdəki diplomatik nümayəndəliklərdə də kadr dəyişiklikləri mümkündür.
Ukrayna lideri əlavə edib ki, ingilis dilini yüksək səviyyədə bilən təcrübəli hərbçi də ölkənin ABŞ-dakı səfiri vəzifəsinə təyin oluna bilər.
Qeyd edək ki, Olqa Stefanişina iyulun 3-də Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən azad edilib.
O, 2025-ci il avqustun 27-dən bu vəzifəni tuturdu. Ondan əvvəl isə Ukraynanı Vaşinqtonda Oksana Markarova təmsil edib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
