Ukrayna strateji kəndi belə itirdi

1 dəq oxu
Xəbər
Ukrayna növbəti dəfə ərazi itkisi ilə üzləşib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Rusiya Silahlı Qüvvələri Xüsusi Hərbi Əməliyyat (SVO) zonasında daha bir kənd üzərində nəzarəti ələ keçirib.
Məlumatda "Şimal" qoşun qruplaşmasının Ukrayna bölmələrini Xarkov vilayətindəki Sosnovıy Bor kəndindən çıxardığı bildirilib. "Severniy veter" Telegram kanalının məlumatına görə isə, kənd uğrunda uzun və şiddətli döyüşlər gedib.
Qeyd olunur ki, Sosnovıy Borun ələ keçirilməsi Rusiya qoşunlarına kəndin cənubundakı meşəlik ərazini nəzarətdə saxlamağa imkan verəcək: "Burada düşmən "Şimal" qoşun qruplarının arxasına girməyə cəhd etmək üçün qoşun toplayırdı".
Müəllif: Tural
Mənbə
1 mənbə



