Azərbaycanda dərs keçən ən yaşlı müəllimin 97 yaşı oldu


58 ildir ki (1968-ci ildən bəri) BDU-nun Dövlət və hüquq nəzəriyyəsi kafedrasının müdiri olan Məsumə Məlikovanın bu gün 97 yaşı tamam olur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.
Hüquq elmləri doktoru, professor Məsumə Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində dünyaya göz açıb. 1952-ci ildə BDU-nun Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Ali təhsilini başa vuran M.Məlikova elə o vaxtdan BDU-nun Hüquq fakültəsinin Dövlət hüququ kafedrasında müəllim vəzifəsində saxlanılıb.
M.Məlikova 1974-cü ildə professor elmi adını alıb, 1989-cu ildə isə AMEA-nın müxbir üzvü seçilib.
Alim “Azərbaycan Respublikasının Əməkdar hüquqşünası” fəxri adı, “Şərəf nişanı” və “Şöhrət” ordenləri, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı və çox sayda fəxri fərmanlarla təltif olunub.