Vuçiç Kuşnerə görə tarixi binanı sökdürüb - Məhkəmə başlayır


Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç Belqradın mərkəzində – Yuqoslaviya Xalq Ordusunun keçmiş qərargahının yerləşdiyi ərazidə Trampın kürəkəninin otel tikməsi üçün şəxsən lobbiçilik edib.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
“Ərazidəki binanı sökmək üçün onun milli-mədəni irs obyekti kimi malik olduğu mühafizə statusu ləğv edilməli idi. Vuçiç bürokratik maneələri aradan qaldırmaq məqsədilə rəsmi şəxslərə şəxsən təzyiq göstərib”, - məlumatda qeyd olunub.
Nəşr bildirib ki, binanın sökülərək yerində yenisinin tikilməsi planı ölkədə tələbə etirazlarına səbəb olan əsas amillərdən birinə çevrilib və bu da Vuçiçin oktyabrda keçirilən seçkilərdə məğlubiyyətinə töhfə verib.
Serbiyanın Mədəni Abidələrin Mühafizəsi İnstitutunun keçmiş direktoru Dubravka Cukanoviç deyib ki, Prezident sarayında keçirilən görüş zamanı Vuçiç şəxsən onu və həmkarlarını "axmaq" adlandırıb, onlardan bir tikinti layihəsi üçün yol açmağı və məsuliyyəti üzərlərinə götürməyi tələb edib.
"Kiminsə, hətta dövlətin belə sizi qorumaq öhdəliyiniz olan bir şeyi söküb-dağıtmaq barədə qərar verməyə məcbur etməsi xoşagəlməz haldır. Həmin vaxt Prezident Vuçiç binanın qorunma statusunun ləğv edilməli olduğunu bildirdi", - Cukanoviç prokurorluğa verdiyi ifadədə qeyd edib.
İşlə bağlı ilk məhkəmə iclası noyabrın 23-də keçiriləcək.
