Ukrayna Qərbdən 115 milyard dollar istəyib


Ukrayna 2027-ci il üçün Qərbdən 115 milyard dollar maliyyə almaq istəyir.
Bakıvaxtı.az "Pravda.com"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Berlində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu məbləği tapmaq böyük çətinlikdir:
"Kiyev 45 milyard dollar gözləyirdi, lakin hərbi rəhbərlik və Müdafiə Nazirliyi ilə məsləhətləşmələrdən sonra əlavə 70 milyard dollara ehtiyac yaranıb. Kiyev 2028-ci ildə də oxşar məbləğə ehtiyac duya bilər".
Zelenski etiraf edib ki, 2027-ci il Aİ dövlətlərinin siyasi rəhbərliyində mümkün dəyişikliklər səbəbindən Kiyev üçün çətin olacaq.
Gülşən Şərif