ABŞ-də polis qapını açanda dəhşətli mənzərə ilə qarşılaşdı: Ailə MƏHV OLDU


ABŞ-nin Florida ştatında kişi həyat yoldaşını və üç azyaşlı övladını güllələdikdən sonra intihar edib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “Fox News” Hillsborough dairəsinin şerifi Çad Xronisterə istinadən məlumat yayıb.
Hadisə Plant-Siti şəhərində baş verib. Təcili yardım xidmətinə daxil olan zəngə cavab verilmədikdən sonra hadisə yerinə polis əməkdaşları göndərilib. Təxminən 10 dəqiqə sonra ünvana çatan polis əməkdaşları evin girişində yerdə uzanmış uşağı görüblər.
Evə daxil olan əməkdaşlar bir, üç və beş yaşlı uşaqlar da daxil olmaqla, beş nəfərin meyitini aşkar ediblər.
Şerif Çad Xronister bildirib ki, ailə həmin evdə təxminən bir il yaşayıb. Bu müddət ərzində ünvana heç vaxt polis çağırılmayıb və valideynlərin əvvəllər hüquq-mühafizə orqanları ilə hər hansı problemi olmayıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır. İstintaqçılar hələlik 911 xidmətinə kimin zəng etdiyini və faciənin hansı səbəbdən baş verdiyini müəyyənləşdirə bilməyiblər.
1 mənbə
