Trampdan Putinə: Sülhün vaxtıdır


DÜNYA
20 Noyabr 2026 | 11:38 | Müəllif: Gülşən Şərif
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Ukrayna ilə bağlı sülh danışıqlarını tezləşdirməsini istəyib.
Bakıvaxtı.az "Axios"a istinadən xəbər verir ki, Tramp ilə Putin arasında bu görüş əvvəlcədən planlaşdırılmayıb. Tramp Ukrayna müharibəsini Putinlə üzbəüz danışmaq istəyirdi.
Lakin liderlər Çinin Şençjen şəhərində, APEC sammitində görüşüblər. Onların əsas mövzusu Ukrayna olub.
Görüşdən sonra Putin bildirib ki, Tramp Ukrayna müharibəsini həqiqətən bitirmək istəyir.
Gülşən Şərif
