Ukrayna Dəmir Yolları bilet satışını müvəqqəti dayandırır


DÜNYA
19 Noyabr 2026 | 11:59 | Müəllif: Gülşən Şərif
Ukrayna Dəmir Yolları - "Ukrzaliznitsa" texniki işlər səbəbindən bilet satışını və geri ödəmələri müvəqqəti olaraq dayandıracaq.
Bakıvaxtı.az "Strana.ua"ya istinadən xəbər verir ki, sərnişinlər 19 noyabr tarixində saat 00:30-dan 07:10-dək uzun məsafəli və regional qatarlara bilet ala və ya geri qaytara bilməyəcəklər.
Məhdudiyyət həm bilet kassalarına, həm də onlayn xidmətlərə şamil ediləcək.
Əvvəllər alınmış biletlər tətbiqdə mövcud olacaq. Şəhərətrafı qatarlara və Kiyev Dairəvi Xəttinə biletlər məhdudiyyətsiz əldə edilə biləcək.
Xatırladaq ki, oktyabr ayında dəmir yolu infrastrukturuna dəyən ziyana görə yüzə yaxın sərnişin qatarı gecikmişdi.
Gülşən Şərif
Konkret.az+2 mənbə